İranda yeni iddia: Həbsxanada ölən etirazçılara DƏRMAN İÇİRDİLİB

Baxış sayı:
894

İranda baş verən etirazlardan sonra həbs olunanlardan 8-nin həbsxanada həyatını itirməsi qalmaqalının əks-sədaları sürür. İran həbsxanalarında məhbuslara işgəncə verildiyi istiqamətindəki bəyanatlardan sonra İranlı deputat Mahmud Sadiq, bəzi ölümlərin zorla içirdilən dərmanlardan sonra baş verdiyini açıqlayıb.
 
İran Məclisinin üzvü Mahmud Sadiqi, məhbuslara həbsxanalarda işgəncə verilməsi ilə yanaşı, məlum olmayan dərmanlar verildiyini və həyatını itirən məhbuslara bu dərmanların zorla içirdildiyini deyib.
Sadiqi, məsələyə dair açıqlamasında bu ifadələrə yer verib:
Etiraz nümayişləri zamanı həbs olunanlardan bəziləri son dövrdə ailələri ilə telefon əlaqəsi quraraq həbsxanalarda məruz qaldıqları zorakılığı bildirirlər. Daha əvvəl telefon danışıqlarında ailələrinə həbsxanada məruz qaldıqları işgəncəni izah edən məhbusların bir qismi təəssüf ki, sonradan həyatlarını itirdilər. Həyatını itirən məhbuslar ailələri ilə apardıqları telefon danışıqlarında onlara işgəncə verildiyini və bəziləri də zorla verilən dərmanları udmaq məcburiyyətində qaldıqlarını deyiblər. Məhbusların həyatını itirməsi də bu dərmanları udduqdan sonra baş verib".
Müxalifət.az