İranda sosial şəbəkələrin 46 istifadəçisi tutulub
18-07-2018 17:23
Baxış sayı:
10174

İranın cənubunda yerləşən Bəndə Abbas şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin 46 istifadəçisi tutulub.
“Report” “araznews”a istinadən xəbər verir ki, tutulanlardan 8-i qadındır.
Bildirlib ki, onlar İran qaydalarına uyğun olmayan fotolarını paylaşdıqları üçün saxlanılıblar.
Tutulanların çoxunun fotoqraf, gözəllik salonu və şadlıq evlərində işlədikləri məlum olub. Məsələ ilə bağlı polisdən bildirilib: “Onlar mütəşşəkkil şəkildə İslam Respublikası mədəniyyətinə zərər vermək niyyəti ilə bu aksiyanı keçiriblər”.