İranda İsraillə əlaqəsi olan qruplaşma saxlanıldı
1-12-2018 21:34
Baxış sayı:
5281

İranda keçirilən əməliyyat nəticəsində İsraillə birbaşa əlaqəsi olduğu iddia edilən yevangelist qruplaşma saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb. Agentliyin yazdığına görə, saxlanılan şəxslər ələ keçməmək üçün İran adlarından istifadə edib.
Əməliyyat nəticəsində “İranı fəth etmək üçün xəritə”, “İslamın əhli-beytinə təhqir” adlı sənədlər ələ keçirildiyi bildirilib.