İranda internetə gün ərzində cəmi 20 dəqiqə icazə verilir

Baxış sayı:
196

İranda hökumət biznesmenlərə gündə cəmi 20 dəqiqə internet istifadə etməyə icazə verir.

"Azadlıq" radiosunun Radio Fərda xidməti yazır ki, bunu İran-Çin Ticarət Palatasının rəhbəri Məcid Reza Həriri deyib. O, biznesmenlərin bu müddət ərzində internetdən hökumətin nəzarətində altında istifadə etdiklərini bildirib:

“Treyderlər internetdən istifadə üçün gərək qeydiyyata düşsünlər, sonra isə ondan müşahidəçinin nəzarəti altında 20 dəqiqə istifadə etsinlər. Bu, tamamilə arzuolunan deyil. Bu zaman yetərli deyil”.

İranda etirazlar fonunda artıq 3 həftədən çoxdur internetə giriş hökumət tərəfindən tam dayandırılıb. Rəsmi Tehran nəzarətindəki media vasitəsilə internetə bərpanın şənbə gün olacağını desə də bu baş verməyib. Beynəlxalq hüquq müdafiəçiləri isə İran hakimiyyətinin internetə girişi ölkədəki qətllər barədə məlumatları gizləmək üçün bağladığını iddia ediblər. Bununla belə İranın internetə giriş üçün “ağ siyahı” yaratdığını (hökumətin icazə verdiyi saytlar – red.) iddia edənlər də var. İnternetin bağlanması isə ölkədəki biznesmenlərin milyonlarla dollar itirməsinə, ölkədəki inflyasiyanın daha da artmasına səbəb olub.