İranda GÜCLÜ ZƏLZƏLƏ: Xəsarət alanların sayı 550 nəfərə çatdı - VİDEO (YENİLƏNDİ)

Baxış sayı:
2953

İrandakı dəhşətli zəlzələdə xəsarət alanların sayı 550 nəfərə çatıb.
Bu barədə yerli Press TV məlumat yayıb.
Qeyd olunub ki, təkanlar Bağdad və Azərbaycanda da hiss edilib.

**

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 411 nəfərə çatıb.
Bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.

***

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 350 nəfərə çatıb.
Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

***

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.
Bu barədə Muxalifet.az "PressTV" telekanalına istinadən xəbər verir.

***

İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

***

İran - İraq sərhədində 6.3 maqnitudalı zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, yeraltı təkanların episentri Bağdaddan 150 km şimali-şərqdə olub.
Dağıntı və insan tələfatı haqda məlumat verilmir.