İranda 3-cü güclü zəlzələ: 26 nəfər...
22-07-2018 19:52
Baxış sayı:
2725

İranda gün ərzində 3-cü dəfə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, İranın qərbindəki Kirmanşah əyalətində qeydə alınan zəlzələ 5,9 bal gücündə olub. Nəticədə 26 nəfər xəsarət alıb.
Qeyd edək ki, gün ərzində İranın cənubunda ayrı ayrı vaxtlarda 4,7 və 5,7 bal gücündə zəlzələ olub.
İRNA agentliyinin məlumatına görə, yeraltı təkanlar Hörmüzqan vilayətində qeydə alınıb. Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.