İran qisas alacağına and içdi

Terror təşkilatı PKK-nın İran qolu kimi tanınan PJAK-ın təşkil etdiyi hücumda 11 əsgərini itirən İran, ağır intiqam alacağını açıqlayıb.
İran İnqilab Mühafizəçilərinin sözçüsü general-mayor Ramazan Şərif, İran-İraq sərhədində dünən baş verən və 11 İranlı İnqilab Qvardiyası əsgərinin ölümü ilə nəticələnən hücumda xarici kəşfiyyat təşkilatlarını günahlandıraraq ağır qisas alacaqlarını deyib.
İranlı sözçü, etdiyi yazılı açıqlamada bunları qeyd edib: "Xarici kəşfiyyat təşkilatlarını son hadisənin ağır intiqamının olacağı ilə bağlı xəbərdarlıq edirik. Bu təşkilatlar terror təşkilatlarını dəstəkləmək və təşviq etməkdən imtina etməsə, İran təhlükəsizlik qüvvələrinin ağır dəmir yumruğu qarşısında qalacaq və birbaşa bədəl ödəmək məcburiyyətində olacaq".
Şərif, ABŞ və müttəfiqlərinin bölgədə dəstəklədiyi terrorçuların can verməkdə olduğunu bildirib.
Qeyd edək ki, dünən İranın qərbindəki Merivan şəhəri yaxınlığında baş verən qarşıdurmada 11 İranlı əsgər həyatını itirmiş, səkkiz əsgər yaralanmışdı. Bəzi təcavüzkarların da öldürüldüyü hadisəni PJAK terror təşkilatı üzərinə götürmüşdü.
Müxalifət.az