​İNGİLTƏRƏ ORDUSU "BREKSİT" XAOSUNA QARŞI

Baxış sayı:
10267

Muxalifet.az xəbər verir ki, İngiltərə ordusu ölkənin Avropa İttifaqından heç bir razılaşma əldə edilmədən çıxması və bunun ölkədə xaos yaratması ehtimalına qarşı hərəkətə keçib.
İngiltərə ordusunun hökumətdən gizli şəkildə aparıldığı bildirilən “Operation Temperer” adı verilen əməliyyatı ilə ölkədəki mümkün "Breksit" xaosunun qarşısını almaq niyyətində olduğu xəbəri yayılıb. “Operation Temperer” mümkün böyük terror hücumu təhdidinə qarşı minlərlə ağır silahlı hərbinin küçələrə çıxaraq təhlükəsizliyi təmin eləməsi planı olaraq hazırlanıb.
“Tayms” qəzetinin yazdığına görə, gizli hazırlanan əməliyyat xalqı əmin amanlıq və dinclik içərisində saxlamaqla yanaşı, ölkə ərazisindəki xəstəxanalarda dərman ehtiyatı olmasını və çatdırılmasını da təmin edəcək. İngiltərə ordusundan olan 1200 nəfər hərbçi əməliyyatlar və gözlənilməz vəziyyətlər üçün 24 saat boyunca hazır vəziyyətdə gözləyəcək. Plan çərivəsində 10 min nəfər ordu üzvü də təcili vəziyyətlər üçün qısa müddət içərisində hazır olacaq.
İlk dəfə 2015-ci ildə gizli plan olaraq hazırlanan əməliyyat barəsində məlumat bu həftə mətbuatda “Meyl on Sandi” (Mail on Sunday) qəzeti tərəfindən yayılıb.