"İngiltərə “Brexit”i birtərəfli ləğv edə bilər”

Baxış sayı:
5680

Avropa Ədalət Divanının baş prokuroru Campos Sançez-Bordona, İngiltərənin “Brexit” prosesini birtərəfli olaraq ləğv edə biləcəyini açıqlayıb. Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) prosesi Lüksemburq mərkəzli Aİ-nin ən yüksək hüquq instansiyası olan Avropa Ədalət Divanında müzakirə olunub. Baş prokuror Bordona bununla bağlı bu gün açıqlamasında, "Avropa İttifaqı Müqaviləsinin 50-ci maddəsi Aİ-dən çıxmala bağlı bildirişinin birtərəfli olaraq ləğv edilməsinə icazə verir" deyə bildirib. Baş prokurorun fikri bağlayıcı olmasa da məhkəmənin qərarına böyük ölçüdə təsir etməsi söz mövzusudur. “Brexit”-lə bağlı işdə yekun qərarın yaxın günlərdə verilməsi gözlənilir. Müxalifət.az