İngilis nazir ağzından qaçırdı: ““Brexit” Türkiyə tələsidir”

İngiltərənin “Daily Telegraph” qəzeti, Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hunt-un keçən həftə baş nazir Teresa Mey-i Avropa Birliyindən çıxış (Brexit) müqaviləsi mövzusunda xəbərdar etdiyini və Brüssel ilə üzərində razılaşdırılmış mətni "Türkiyə tələsi" adlandırdığını səciyyələndiyini yazıb. Qəzet xəbəri manşetindən verib.
“Daily Telegraph” xarici işlər naziri Huntun mövcud müqavilə mətninin İngiltərəni "Avripa İttifaqının bir peyki" vəziyyətinə salacağını və İngiltərəni Türkiyə kimi müddətsiz formada Aİ-yə üzv olmadan Brüsselin siyasətlərindən asılı edəcəyini söylədiyini yazıb.
Xəbərdə Huntun bu vəziyyəti Türkiyənin 31 ildir davam edən üzvlük müzakirələri nəticəsində yaranan Brüssel-Ankara münasibətlərinə bənzətdiyi və "Türkiyə tələsi" adlandırdığı bildirilib.
Müxalifət.az