İngilis demokratiyasının yaranması: ORDONANSLAR

Baxış sayı:
4094

İngiltərəni tez-tez müasir demokratiyanın vətəni adlandırırlar. Məhz ingilislər hələ Orta Əsrlərdə öz krallarının hakimiyyətini həvəslə məhdudlaşdırmağa başlayıblar.

İngilis parlament demokratiyasının formalaşması tarixində 1311-ci ilin ordonansları mühüm mərhələ olub. Həmin ordonanslar kralı müharibəyə başlamaq səlahiyyətindən məhrum edirdi - amma, bu, çox çəkmədi.

Bu material - BBC Rus Xidmətinin Britaniyada kral hakimiyyətini məhdudlaşdıran sənəd və hadisələr barədə, "İngilis demokratiyasının yaranması" adlı xüsusi layihəsinin bir hissəsidir.

Əvvəlki hissələrdə söhbət Azadlıqlar Xartiyası, Böyük Azadlıqlar xartiyası və parlamentin yaranmasından gedib.

Dördüncü hissə1311-ci ilin ordonansları və ya kral nə qədər zəifdirsə, məhdudiyyətlər də o qədər sərtdir.

I Edward baronlara anadan olmuş kğrpə oğlunu göstərir. Edward baronlara anadan olmuş körpə oğlunu göstərir.

Ən əvvəldən ingilislərin kral II Edward-a münasibəti heç də pis olmayıb. Gənc kral 1307-ci ildə taxt-taca keçəndə ona əslində, rəğbət bəslənilib.

O dövrdə baronları daha çox narahat edən vergi məsələsi idi.

Gənc kralın atası I Edward sərt monarx olub. Şotlandlarla apardığı müharibəni maliyyələşdirmək üçün o, aristokratları vergi ödəməyə məcbur edib.

Baronlar narazılıqlarını bildirsələr də, vergiləri ödəyirdilər, ordunu ərzaqla təmin edirdilər, çünki I Edward müzəffər sərkərdə idi və onun dövründə şotlandlar çətin vəziyyətdə olub. Əbəs yerə onun qəbrinin üzərinə "şotlandların gürzü" döyəclənməyib .

II Edward vergiləri yığmaqda davam edirdi, lakin müharibə aparmırdı. Şotlandiyanın yeni kralı Robert Bruce bu fürsətdən istifadə etdi.

O, tez bir zamanda ingilislərin zəbt etdiyi torpaqları geri aldı, sonra isə özü də cənubdakı qonşularına hücum etməyə başladı.

Lakin baronların narazılığının əsas səbəbi kralın favoriti, fransız Piers Gaveston idi.

Baronlar hesab edirdilər ki, Gaveston özünü kobud aparır və kralla dostluğundan istifadə edərək, ondan həddindən çox hədiyyə qopara bilib.

Эдуард II с ГавестономII Edward və Piers Gaveston.

Gaveston və onun əməlləri baronları elə boğaza yığdı ki, parlament fransızı İngiltərədən qovmaq qərarına gəldi.

Kral buna razılığını verməyə məcbur olub Gaveston-u İrlandiyaya fəxri sürgünə göndərdi. Lakin kral bundan sonra dostu üçün darıxmağa və dərhal onun geri qaytarılmasını planlaşdırmağa başladı.

Tac kraldan daha vacibdir

II Edward Ciensister-də Milad bayramını qeyd edir.

II Edward Ciensister-də Milad bayramını qeyd edir.II Edward Ciensister-də Milad bayramını qeyd edir.

1308-ci ilin aprelində baronların səbri tükəndi və onlar əllərində silah parlamentə yollandılar.

Onlar II Edward-a bildirdilər ki, əgər taxtını qorumaq istəyirsə, onda güzəştə getməlidir və ağıllı adamların, yəni baronların məsləhətlərinə əməl etməlidir.

Çıxılmaz vəziyyətdə olan kral islahatlar planını hazırlamaq üçün lordlardan ibarət komissiya təyin etməyə razılıq verdi.

Tarixi əsər

Мемориальная доска на месте битвы при Боругбридже1322 ildə Boroughbridge yaxınlığında baş vermiş döyüşdə kralın qoşunları üsyançı baronları məğlub etdi.

1311-ci ilin ordonansları (fərmanları) həmin sənədlərdəki ideyaların inqilabi ruhu etibarilə nə Azadlq xartiyası ilə, nə də ki, parlamentin əsasını qoymuş Oxford müddəaları ilə müqayisə edilə bilməz.

Baronları ən çox maraqlandıran zəif monarxa güclü təsirə malik favoritlər idi, daha abstrakt azadlıqlar yox.

Yekun sənəd 41 maddədən ibarət idi. Sənədin əvvəlində müəlliflər, onların təbirincə, kralın "bədəməl" müşavirlərindən, mürəkkəb beynəlxalq vəziyyətdən və ağır vergilərə görə üsyan təhlükəsindən narahatlıq bildiriblər.

Kralın səlahiyyətləri ciddi sürətdə məhdudlaşdırıldı.

  • Kral baronların və parlamentin razılığı olmadan kimisə rəsmi vəzifəyə təyin edə bilməzdi.
  • Baronların razılığı olmadan kral müharibəyə başlaya bilməzdi. Eləcə də kral pulkəsilmə standartını da təkbaşına dəyişə bilməzdi.
  • Parlament ən azı ildə bir dəfə iclasa toplanmalı idi.
  • Krallığın vergi yığımları kralın cibində yox, xəzinadar lordun idarəçiliyində olan xəzinədə toplanmalı idi.
  • 20-ci maddədə Gaveston-un adı çəkilirdi. Həmin maddədən aydın olurdu ki, o, İngiltərəyə qayıtsa, vəziyyəti acınacaqlı olacaq.

20-ci maddə

Gaveston edam qabağı.Gaveston Lancasterə yalvarır ki, onu öldürməsin.

20-ci maddəni müasir ingilis dilinə çevirmək asan iş deyil. Ordonansların müəllifləri həmin maddədə yalnız bir cümlədən istifadə ediblər, lakin bu cümlə 765 sözdən ibarətdir.

Son nəticədə, Gaveston yenidən sürgünə göndərildi və ona xəbərdarlıq edildi ki, o, bir daha geri qayıtsa, onunla xalq düşməni kimi rəftar ediləcək.

Bu isə Orta Əsrlərdə, birmənalı olaraq, ölümə və bəzən, çox əzablı ölümə məhkum olunmaq demək idi.

Yeri gəlmişkən, görünür, sənəd müəlliflərin əzmkarlıqlarını itirməsinlər deyə, krallığın rəsmi şəxslərinin xüsusi hallar istisna olunmaqla, kraldan hədiyyə (yəni, rüşvət) almalarının yolverilməzliyi barədə də maddə ordonanslara salınmışdı.

İdeya yaxşıdır, lakin Magna Carta deyil.

Ordonans yazılıb ölkə boyu yayılsa da, onların icrasında problemlər yarandı.

Hədələrdən qorxmayan Gaveston növbəti sürgündən ölkəyə qayıtdı və tezliklə üsyançı baronlar tərəfindən edam olundu.

II Edward şotlandlarla Bannockburn yaxınlığında baş vermiş döyüşdə ağır məğlubiyyətə məruz qaldı.

Həmin döyüşdə o dövrün görkəmli ingilis sərkərdələri - qraf Warrick və qraf Lancaster - iştirak etmədilər.

Onlar bildirdilər ki, kral həmin müharibəyə parlamentin razılığı olamadan yollanıb və demək, təqsir özündədir.

Kral isə özünə yeni favorit tapdı, Hugh Dispenser-i. O, özünü Gavestondan da pis apardığından, ona nəinki baronlar, hətta kraliça Isabella da nifrət edirdi.

Düzdür, aristokrat təbəqənin növbəti üsyan qaldırmaq həvəsi artıq bir qədər soyumuşdu.

1322-ci ilin martında isə kralın səlahiyyətlərini məhdudlaşdırmaq cəhdlərinə son qoyuldu. Bu, Boroughbridge yaxınlığında başlayan döyüşdə kralın qoşunları üsyançı baronları məğlub etdikdən sonra baş verdi.

Baronların həmin məğlubiyyətindən sonra ordonanslara, faktiki olaraq, xitam verildi, kral səlahiyyətlərinə qoyulan bütün məhdudiyyətlər isə ləğv olundu.

Nəticə nə oldu?

Kraliça Isabella oğlu ilə təntənə ilə Oxford-a daxil olur.Kraliça Isabella oğlu ilə təntənə ilə Oxford-a daxil olur.

1311-ci il ordonanslarının ömrü uzun olmasa da, onların qoyduğu iz təsirli idi.

Belə ki, parlament, ilk dəfə olaraq, müharibənin başlanmasına razılıq verib-verməmək hüququnu qazanmış oldu. Artıq kral təkbaşına qoşun yığıb haranısa və ya kimisə fəth etməyə yollana bilməzdi.

Elə həmin, kralın qoşunları üsyançıları məğlub etdiyi, 1322-ci ildə York şəhərində yeni parlament toplaşaraq ordonansları tamamilə ləğv etdi.

Yekun sənəddə (bu çox mühüm məqamdır) deyilirdi ki, yeni qanunların qəbul olunması üçün "zadəgan təbəqənin, qrafların, baronların və ölkə ictimaiyyətinin" razılığı tələb olunur.

Faktiki olaraq, həmin müddəa qeyri-aristorkat təbəqənin nümayəndələri üçün də İngiltərənin yuxarı hakim dairələrinin qapısını açmış oldu.

Şübhəsiz, York parlamentində iştirak edən baronların tacir və sənətkarlarla hakimiyyəti bölmək niyyətləri yox idi.

Lakin bu, gələcək İcmalar Palatasının yaradılması yolunda atılan ilk kiçik addım idi - həmin o, İcmalar Palatası ki, indi Birləşmiş Krallıqdakı bütün hakimiyyəti özündə ehtiva edir.