İndoneziya növbəti dəfə silkələndi

Baxış sayı:
5452

İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, təbii hadisə Sumatra adasının şimalındakı Açe əyalətində qeydə alınıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə yeraltı təkanlar 19 kilometr dərinlikdə baş verib. Sunami xəbərdarlığı elan edilməyib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, 2004-cü il dekabrın 26-da İndoneziyada baş verən 9,1 bal gücündə zəlzələdən sonra meydana gələn sunami nəticəsində 230 mindən çox insan həyatını itirmişdi.