İlon Mask planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub

Baxış sayı:
3142

İxtiraçı və sahibkar İlon Mask ilk dəfə olaraq planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub.

Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bu barədə "Forbes" reytinqinin real vaxt rejimində yenilənən məlumatında deyilir.

Bildirilir ki, "SpaceX" şirkətinin banisinin sərvəti 74,2 milyard dolları ötüb və o, planetin ən varlı insanları siyahısında beşinci yerə yüksəlib.

Qeyd edək ki, siyahıda ilk pillədə "Amazon"un rəhbəri Ceff Bezos (189 milyard dollar), ikinci pillədə "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno ailəsi ilə birlikdə (113,8 milyard dollar), üçüncü pillədə "Microsoft" şirkətinin banisi Bill Qeyts (113,4 milyard dollar) və dördüncü pillədə "Facebook"un banisi Mark Zukerberq (90,3 milyard dollar) qərarlaşıblar.