​İçərsi sərnişinlə dolu mikroavtobus qəza törətdi - YARALILAR VAR

Baxış sayı:
4924

Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.