İcra başçısı Zakir Fərəcovun “sağ əli” barəsində cinayət işi açıldı – 1.65 MİLYON MANATLIQ MƏNİMSƏMƏ FAKTI
23-08-2023 14:45
Baxış sayı:
1819

Sumayıt İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev və bacısı Gülnarə Bayramovaya cinayət işi açılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə tanmış jurnalist Fikrət Fərəməzoğlu özünün “Facebook” statusunda yazıb.
Jurnalist yazır ki, bacı-qardaşın saxlanılmasına səbəb müxtəlif adlar altında 1.65 milyon manat pul mənimsəmələridir.
İddia olunur ki, bu vəsait Sumqayıt Səhiyyə İdarəsindən mənimsənilib və onlar bu məqsədlə 41 MMC yaradıblar...
Qeyd edək ki, Gündüz Əliyev Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” və onun tender işlərini “yerbəyer edən” adamı olub.
Muxalifet.az