İCRA BAŞÇISI SAHİBKARA "ATIB" - “İşin arxasında icra başçısı olduğu üçün şikayətlərim ört-basdır edilir”

Baxış sayı:
1183

Göyçay rayonu, Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğun deyən şikayət yazır:
“Mən sahibkaram, kənd təsərrüfatı texnikalarım var. İki ildir İsmayıllı rayon İvanovka kolxozuna kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm.

Hər dəfə 5800 manat pulumu və 20 ton arpamı istəyəndə, kolxozun sədr müavini Vasili mənə bildirir ki, İsmayıllı icra başçısı anbarı açmağa icazə vermir.
Dəfələrlə aidiyyatı qurumlara müraciət etsəm də, işin arxasında icra başçısı olduğu üçün şikayətlərim ört-basdır edilir. Hətta mənim əvəzimə fakturaya saxta imza da çəkiblər.
İcra başçısı məsələyə müdaxilə etdiyinə görə, İsmayıllı rayon hüquq-mühafizə orqanları heç bir təsirli tədbir görə bilmir.

Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək xahiş edirəm ki, məsələnin həll olunması üçün müvafiq köməkliklər göstərilməsinə göstəriş versinlər. Bu dediklərimi təsdiq edən səs yazıları da var. Belə ki, kolxoz sədrinin müavini dediklərimi təsdiq edir. Lakin rayon prokuroru sifarişlə işi ört-basdır edir”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.