Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi
7-11-2018 23:52
Baxış sayı:
13228
UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əziz irlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib.
Muxalifet.az xəbər verir ki, o, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib.
“Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm. Həbib artıq qisasını alıb, mən isə hələ yox”, - deyə o vurğulayıb.
Əli Əbdel-Əziz həmçinin Makqreqorla Floyd Meyvezeri güclü və ciddi rəqib saymadığını bildirib.