Hakan Şükürə həbs qərarı çıxarıldı - "FƏTÖ İŞİ"

Sosial mediadan Prezident Ərdoğanı təhqir etdiyinə görə mühakimə olunan FETÖ-çü Hakan Şükür haqqında həbs qərarı çıxarılıb.
 
Hakan Şükür Tvitter hesabından Türkiyə Prezidenti Ərdoğan və oğlu Bilal Ərdoğana qarşı təhqir və böhtan məzmunlu mesajlar və video-materiallar yaydığı üçün barəsində məhkəmə prosesi başladılmışdı.
ABŞ-a qaçan və prosesdə iştirak etməyən Hakan Şükür haqda qiyabi həbs qərarı verilib.