Hadi Rəcəbli: "Küçə təmizləyən qadınlar 3 saat işləyib 300 manat maaş alır, bu, ən yaxşı iş yeridir" - VİDEO

Baxış sayı:
7420

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin küçə təmizliyi aparan qadınlarla bağlı bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb.

Muxalifet.az demokrat.az-a istinadla xəbər verir ki, deputatın həmin çıxışının videosu sosial şəbəkələrdə paylaşılaraq tənqid olunur.

Həmin çıxışında komitə sədri Hadi Rəcəbli deyib:

"Mən şəhərdə küçə təmizləyən qadınlara baxıram, onların bir qismi ağızlarını bağlayır. Mən onları qınamıram, onların haqqıdır. Gizlənirlər ki, görməsinlər, bilməsinlər. Onlar 3 saat işləyib 300 manat maaş alır, ən yaxşı iş yeridir".