Gürcüstanı qulyabanı zəbt edib – Saakaşvili

15 il əvvəl gürcü xalqı əsl möcüzə törətdi. İnqilabın 15 illiyində Gürcüstana yenidən qulyabanı sahib olub.
Bunu Feysbuk vasitəsilə videomüraciətində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Hər kəs düşünürdü ki, Şevardnadze məbluğedilməzdir, bu sistem daimidir, bizim ölkənin uğur qazanması üçün heç bir perspektivi yoxdur. O zaman xalq bu ümidsizliyi keçərək, ölkəni azad etdi. Qızılgül inqilabı Gürcüstanı dünya xəritəsinə qaytardı. Gürcüstan dünyanın birinci islahatçısı oldu, inkişafı başladı və gürcülərin vətənə dönüşünə start verildi.
İndi inqilabın 15 illiyində biz böyük çağırışlarla üz-üzəyik. Gürcüstanı yenidən qulyabanı zəbt edib. Şevardnadzenin köhnə kadrlarının çoxu geri dönüb, köhnə sistem geri dönüb. Əminəm ki, bizim insanlar dünyaya öz ləyaqətlərini göstərəcəklər və həqiqətən hər kəsi təəccübləndirəcəklər” – deyə o bildirib.