Gürcüstanda daha bir nəfər koronavirusa yoluxdu

Baxış sayı:
2407

Gürcüstanda daha bir nəfərin koronavirusa yoluxduğu məlum olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib. O, koronavirusa yoluxan şəxsin İtaliyadan gəldiyini bildirib.

A.Qamkrelidze Tbilisi İnfeksion Xəstəxanasında olanlar arasında daha bir neçə nəfərdə koronavirus aşkarlanacağını da istisna etməyib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa ilk yoluxma halı fevralın 26-da aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb.