Gürcüstanda 70 yaşlı İlyasın gözünü çıxartdılar - Amansızlıqla öldürdülər
23-11-2018 14:48
Baxış sayı:
3109

Gürcüstanın Bolnisi rayonunda meşədən 70 yaşlı azərbaycanlının meyiti tapılıb.
Open.az xəbər verir ki, buu barədə Rustavi2 telekanalı məliumat yayıb.
İlkin məlumatlara görə, qətl hadisəsi bir neçə gün öncə İlyas Alşanov adlı şəxsin evində baş verib. Cinayətkar daha sonra onun cəsədini meşəyə aparıb.
Ötən gün mərhumun cəsədi çobanlardan biri tərəfindən tapılıb. Onun gözlərinin deşildiyi, boğazında ip olduğu qeyd edilib.
Daxili İşlər Nazirliyi sözügedən informasiyanı təsdiq etməyib. Hadisənin səbəbləri araşdırılır.
Qonşuların sözlərinə görə, ahıl kişi evdə tək yaşayırmış, onun ailəsi Rusiyada imiş.
Faktla bağlı istintaq başladılıb. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.