Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Baxış sayı:
85014

Sarpi keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) bədənində 1100 arı daşıyan şəxs saxlanılıb.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Həmin şəxs rentgen skanerindən və metal detektorundan keçən zaman türkiyəli sərhədçilər şübhələniblər. Məlum olub ki, onun bədənində arıların olduğu kiçik qutular var. Kiçik qutular kəmərinin üzərinə birləşdirilmişdi.

Həmin şəxs sərhədi keçərkən Türkiyə gömrüyü tərəfindən saxlanılıb. O, Gürcüstandan Türkiyəyə gedirmiş.

Həmçinin avtomobildə yanacaq çənində konteynerdə gizlədilən 100 kiloqramdan çox şabalıd balı aşkar edilib.