Gürcü “qanuni oğru”nu əliqandallı Moskvaya gətirdilər - Lotu Quli “söhbəti”

Baxış sayı:
8143

Cinayət aləminin ən tanınmış  üzvlərindən olan Taro ləqəbli “qanuni oğru” Tariel Oniani  Orenburqdan Moskvaya etap olunub. Taro Moskvadakı 3 saylı müvəqqəti təcridxanada saxlanılır. Rusiya hüquq-mühafizə orqanları oktyabrın 8-dək onu ya İspaniyanın sorğusu  əsasında bu ölkəyə verməli, ya da Gürcüstana deportasiya olunmalıdır. Daha bir variant da var: Oninanin Rusiya vətəndaşlığı ləğv edilsə də, “anti-oğru” adlandırılan yeni qanunla daha 10 il Rusiya həbsxanasında saxlamaq. 

Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, “Kutaisi qruplaşması”nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb. Ən azı 8 məhkumluğu var.

Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-ci illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. 2009-cu ildə Vyaçeslav İvankovun (Yaponçik), 2013-cü ildə isə Aslan Usoyanın (Ded Xasan) Taroun sifarişi ilə güllələndiyi iddia olunur.

Oninani üç indi ən uyğun variantın Tiflisə deportasiya edilməsi ola bilər. Bildirilir ki, Taronun kefi kökdür, kamerada normal şəraiti var, istədiyi vaxt telefondan istifadə edə bilər. Bildirilir ki, Taro bir neçə “qanuni oğru” ilə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli)  Badri Koquaşvili(Badri Kutaisili ) arasında olan “söhbət” də gürcünün tərəfinin saxlamaq fikrində deyil.   

Yada salaq ki, konfliktə səbəb "qanuni oğru" nəslindən olan Quram Çixadzenin şillənməsidir.Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) adamları ilə yaxınlığının üzə çıxdıqdan sonra  onu şillələdib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyev edib.

Döyülmə insidentdən sonra “Şakro Molodoy” və Badri Koquaşvili  Quramın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. İddiaya görə, Quli Qurana and içib ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badrini cəzalandıracaq. Bildirilir ki, Quli onunla istənilən yerdə görüşməyə hazır olduğunu desə də, Badri gah bir ölkədə, gah başqa bir ölkədə peyda olur, konfliktə daha çox kriminalın müdaxiləsini istəyir ki, “qaynatdığı kaşa”dan qurtula bilsin./musavat.com