​Gözəllik salonunda QANLI OLAY: Keçmiş arvadını...

Baxış sayı:
7237

Bakıda gözəllik salonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda qeydə alınıb. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu adı çəkilən gözəllik salonunda işləyən, keçmiş arvadı, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızını bıçaqlayıb. A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Rzayev saxlanılıb.