GÖYÇAYDA DƏHŞƏTLİ OLAY! - İcra başçısı obyektini sökdürdü, intihara əl atdı / POLİSLƏR SON ANDA İPDƏN ALDILAR

Baxış sayı:
19234

Göyçay rayonu, Həbibi küçəsi, ev 50 sakini Azadov Seymur Əlibala oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikaəytçi yazır ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin korrupsiya əməllərinə etiraz olaraq 19 sentyabrda intihra cəhd edərkən polislər qarşısını alıb və hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır: “Qeyd edim ki, icra başçı Mehdi Səlimzadənin göstərişi ilə mənə məxsus avtomobillərin təmiri sexini qanunsuz olaraq söküblər və bundan sonra aldadaraq 5 000 manat pulumu da alıb, başqa şəxsin mülkiyyəti olan torpaq sahəsini mənə veriblər. Həmin torpaq sahəsində sex tikintisi gedən zaman mülkiyyət sahibi ortaya çıxdı, haqlı olduğunu bildim və başa düşdüm ki, başda icra başçısı Mehdi Səlimzadə olmaqla, onun əlaltıları - memarlıq şöbəsinin müdiri İntiqam Süleymanov və onun müavini Kamil Qasımov məni aldadıblar. Buna görə, mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət etdim, intihar edəcəyim və bunun məsuliyyətinin icra başçısının, memarlıq şöbəsinin müdirinin və onun müavinin üzərinə düşəcəyi barədə məlumat verdim. Göyçay polisləri hadisə yerinə dərhal çatıb, kəndiri qırdılar deyə ölmədim. Allahın 4 azyaşlı uşağıma rəhmi gəlib deyə, mən ölümdən qurtuldum. Ancaq ölməli olanlar isə korrupsiyaya qurşanmış icra başçısı Mehdi Səlimzadə, memear İntiqam Süleymanov və Kamil Qasımovdur. Artıq Göyçay rayon Prokurorluğunda intihara cəhdlə bağlı araşdırma aparılır. Çox güman ki, Mehdi Səlimzadə bunun qarşısını alacaq, prokurorluğa təzyiq göstərəcək. Əslində Mehdi Səlimzadə törətdiyi cinayətlərə görə icra başçısı vəzifəsinə yox, zindanda olmalıdır. Artıq Göyçay rayon sakinləri onun qanunsuz əməllərindən beziblər. İnsanlar hər gün Allaha yalvarırlar ki, Mehdi Səlimzadənin bəlasını ver. Qeyd edim ki, icra başçısı Mehdi Səlimzadə yeganə qazanc yerimiz olan avtomobillərin təmiri sexini qanunsuz olaraq dağıtdırıb, 9 nəfəlik ailəmizi aclığa məhkum edib. Göyçay rayonunun Çayarxı kəndi ərazisində 23 ildir ki, avtomobillərin təmiri sexində mühərrik ustası kimi fəaliyyət göstərirdim. Artıq tanınmış sənətkar kimi çoxlu sayda müştərilərim var idi. Vaxtlı-vaxtında vergimi ödəyib, ailəmi dolandırıdım. Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin göstərişi ilə avtomobillərin təmiri seximiz qanunsuz olaraq dağıdıldı. Onunla əsaslandırdılar ki, rayonun görnüşünə uyğyn gəlmir, buna görə yeni dekor formada inşa edilməlidir. Mən bu özbaşınalıq barədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara çoxlu sayda ərizələrlə müraciətlər etmişəm. Həmin şikayət ərizələrim icra olunması üçün Mehdi Səlimzadənin özünə qaytarılmış, o, isə bizə rədd cavabları verir. Himayəmdə böyüyünün 13, kiçiyinin isə 5 yaşı olmaqla 4 azyaşlı övladım var, həyat yoldaşım işləmir. Valideyinlərim atam 1-ci, anam isə 2-ci qrup əlildir. Qardaşım subay və işsizdir. 9 nəfəlik ailənin yeganə qazanc yeri həmin təmir sexindən əldə olunan gəlir idi. İndi 9 nəfərlik ailə valideyinlərin əlilliyə görə aldığı cüzi təqaüdün ümüdünə qalıb. Daha doğrusu, aclıq, səfalət içində yaşamağa məhkum edilmişik. Mehdi Səlimzadənin korrupsiya əməlləri, özbaşınalığı bizi cana yığdı deyə, mən məcbur olub özümü öldürmək istədim. Hazırda səhhətim pisdir. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, çox-çox xahiş edirəm, 9 nəfəlik ailənin dolanışıq yeri olan təmir sexini qanunsuz dağıtdırıb aclıq içində yaşamağa məhkum edən, məndən 5000 manat pul alıb qaytarmayan, məni intihar həddinə çatdıran icra başçısı (daha doğrusu torpaq alverçisi) Mehdi Səlimzadənin, İntiqam Süleymanovun və Kamil Qasımovun özbaşınalığının qarşısı alıb, onların barəsində ciddi tədbirlər görəsiniz”. Muxalifet.az Redaksiyadan: Yazıda adı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.