Gömrük Komitəsinə 3 milyarda yaxın vəsait daxil oldu
22-11-2018 22:07
Baxış sayı:
10501

2018-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 978 milyon 496 min manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 754 milyon 738 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 43 milyon 404 min manat, aksizlər üzrə 148 milyon 294 min manat, yol vergisi üzrə isə 32 milyon 59 min manat təşkil edib.