Gənc oğlan özünü 14-cü mərtəbədən atdı - Sumqayıtda İNTİHAR

Baxış sayı:
4018

Sumqayıt şəhərində 22 yaşlı oğlan intihar edib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən ondörtmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Gəncin meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.