GİZLİ BAKI - “Paytaxtın görünməyən üzü”

Baxış sayı:
20630

(Milli-ideoloji hekayə)
 
Moskva. 2020-ci ilin əvvəlləri... “Çar” ləqəbli, atası rus, anası erməni olan İvan Vorsınov adəti üzrə səhər yuxudan oyanan kimi soyuq duş qəbul etdi. Havaların hələ soyuq keçməsinə baxmayaraq bu, onun illər öncədən özünə bir “rejim” kimi qəbul etdiyi davranış idi. Soyuq su sanki İvanın dünəndən qalan yorğunluğunu, bütün stressini alır və bütün beyin hüceyrələrini oyadırdı. Ona görə, keçmiş hərbçi, indiki qeyri-rəsmi kəşfiyyatçı olan İvan Vorsınov soyuq suya çox meylli idi. Bəlkə də atasının rus olması və genetik məsələlər onu məhz rus kimi davranmağa vadar edirdi. Ancaq bir çox hallarda anasının erməniliyi özünü büruzə verirdi: bəli, İvan ermənilər qədər vəhşi və qəddar idi...
 
Səhər tezdən aldığı soyuq duşdan sonra Avropalılar kimi isti bir qəhvə də onun gündəlik “rejiminin” bir parçası idi. İvan qəhvədən sonra bir bahalı siqar çəkməyi də unutmadı. Ardından dərhal iş kabinetinə keçib televizorunu açdı. Bir neçə dəqiqə xəbərləri izləyib ölkədə və dünyada baş verənləri öyrəndikdən sonra planşetini açıb bir qədər internetə - sosial şəbəkələrə nəzər yetirdi. Birdən bir xəbər onun çox diqqətini çəkdi. Azərbaycan və Türkiyənin yaxın zamanlarda birlikdə hərbi təlimlərdə iştirak etməsi haqqında məlumat İvanın kefini pozdu. Dərhal telefonunu götürüb ən yaxın adamı keçmiş Serbiya hərbçisi, indiki muzdlu qatil Vyaçevlav Miloşeviç ilə əlaqə saxladı və günorta saatlarına bir gizli görüş təyin etdilər.
İvanın evi – daha doğrusu qərargahı Moskvanın ən ucqar səmtində, təbiət qoynunda yerləşirdi. Hər zaman işdən sonra doğma evinə və gələcək planlarını rahatlıqla hazırladığı qərargahına gəlmək onun üçün çox vacib idi. O, işinə çox bağlı adam olduğu üçün hətta geniş yayılmış bir sözə özünü tam uyğun hesab edirdi: bəli, İvan Vorsınov işi ilə yaşayan adam idi. Ona görə də bütün sirləri, bütün gizli məlumatları məhz burada – çay kənarındakı qorunaqlı villasında saxlayırdı. Bu, bəzən risk daşısa da, özlüyündə - “qoy sirlərim mənimlə birlikdə ölsün!” – deyə, düşünürdü.
Günorta şəhərdə kafelərin birində görüşüb “sadəcə iki iş adamının işgüzar görüşü” görüntüsü yaratdıqdan sonra ayrı yollarla buraya – evə gəldilər. Və hər şey ondan sonra başladı...
Bakıda – şəhər kənarında bir avtoyuyucu mərkəzdə maşınını yudurdan gənc kəşfiyyatçı Ərtoğrul Məlikov, maşın hazır olduqdan sonra xidmətçinin zəhmət haqqını verib oradan uzaqlaşdı. Yolda telefonuna gizli bir nömrədən zəng gəldi və gənc kəşfiyyatçı sanki zəng edənin kim olduğunu bilirmiş kimi səsucaldıcı vasitəsiylə telefona cavab verdi.
On dəqiqə sonra Ərtoğrul Terrorizmlə Mübarizə idarəsinin qarşısındaydı. Kapitan Səlimov və Mayor Alıxanov onunla görüşdükdən sonra birlikdə qəsəbələrdən birindəki gizli qərargah kimi istifadə etdikləri evə gəldilər. Yarım saat sonra çay süfrəsi bitdi və gizli danışıqlar başladı...
İvan iş masasının üzərində iri həcmli bir xəritə açdı. Xəritədə Naxçıvan, Lənkəran, Qusar və s. sərhəd rayonlarla birlikdə Qarabağ qırmızı qələmlə haşiyələmişdi.
- Bütün bunlar niyə lazımdır – deyə, Serbiyalı keçmiş hərbçi Vyaçevlav Miloşeviç yeni “iş” barəsində sorğuya başladı. 
Bir neçə saniyə xəritəni diqqətlə nəzərdən keçirən İvan:
- Səbirli ol, hər şeyi biləcəksən – həmkarına fikrini bildikdən sonra Gəncə və Bakını qara qələmlə haşiyələdi. 
Serb daha çox maraqlandı və sual dolu baxışlarla İvana baxdı. O isə həmkarına hər şeyi açıqlamağa başladı:
- Vaxtımız həm uzun, həm də qısadır. Türkiyə və Azərbaycan birlikdə hərbi təlimlərə başladıqları andan etibarən sərhəd rayonlarında ciddi “hüquq pozğunluğu” görüntüsü yaradacağıq, bu ərəfədə Azərbaycan hüquq-mühafizə orqanları hərəkətə keçəcək. Biz isə bir neçə ay ərzində hazırlayacağımız böyük planla Gəncə və Bakıda yerləşəcəyik. Sonra Qarabağda ermənilər atəşkəsi hər zamanki kimi pozacaqlar. Dövlət yenə “gərəksiz” bir istiqamətdə əməliyyatlara başlayacaq, biz isə iki böyük şəhəri yer üzündən siləcəyik. - əməliyyatı anlatdıqca xəritədə müəyyən qeydlər edən İvana həmkarı olduqca heyrət və heyranlıq hissiylə baxırdı. 
Qısa bir vaxtda böyük bir fəlakət ssenarisi hazırlanırdı. Bunun qarşısını isə ancaq güclü bir sistemi olan orqan, təşkilat ala bilərdi. İvanın hesablamaları olduqca dəqiq idi. Hər şeyi sapa düzülən inci kimi işləmişdi. Və planlaşdığı kimi bir neçə ay ərzində “diplomat, iş adamı, turist” qılıqlı adamlar Azərbaycana getməli idi...
Ərtoğrul, Kapitan Səlimov və Mayor Alıxanovun gizli görüşündə düşmənin son aylardakı kəşfiyyat və terror fəaliyyətləri yer almışdı. “Yuxarıdan” gələn əmrə əsasən bu il çox kritik il sayılırdı və hər şeyə ciddi nəzarət edilməliydi. Sonda Ərtoğrulun yeni bir ciddi tapşırığı qeyd olundu. Tapşırığa əsasən o, ard-arda üç ölkədə - İran, Rusiya və Gürcüstanda olmalı, orda müəyyən adamlarla görüşüb beynəlxalq vəziyyəti ölçməliydi. Sonra ölkəyə qayıdıb yeni tapşırıq üçün gözləyəcəkdi... 
Serb İvanla görüşdən sonra Moskva xaricində fəaliyyət göstərən bir neçə erməni əsilli iş adamıyla görüşdü. Moskvadakı görüşlərə isə İvanın özü qatıldı. Baş tutmalı olan əməliyyatın sponsorları da artıq hazır idi. Məsələnin əsl və ideoloji mahiyyətini isə İvan ən sona saxlamışdı və heç kimlə bölüşmürdü. Bu onun çoxdankı xasiyyəti idi. Onun “dəyərinin” yüksək olmasının səbəbi də elə son dərəcə ciddi, soyuqqanlı və sirli olmasında idi...
İran. Güney Azərbaycan. Ərdəbil... Yazın sonu...  Ərtoğrul dar küçələrlə irəliləydi. Şəhərin tarixiliyi və doğmalığı onu buraya ilk addım atan andan valeh etmişdi. İndisə “araşdırmaçı alim” kimliyilə ona tapşırılan yerə gedib orada bir adamla görüşüb daha fərqli bir məkana, başqa şəxslərlə görüşməli olduğunu xatırladığına görə, artıq Ərtoğrulun beynində tapşırıqdan başqa bir şeyə yer yox idi. Nəhayət, bir müddətdən sonra “bazar” deyilən bir əraziyə gəlib çatdı. Ağsaqqal, nurani bir kişiylə görüşüb başqa bir məkana doğru yola düşdülər...
İvan evinin altında yerləşən gizli qərargahda topladığı adamlarla birlikdə plan üzrə son müzakirələr aparırdı.
-Məni diqqətlə dinləyin. Yerinə yetirəcəyini bu taprışıq xalqımız və dövlətimiz üçün olduqca vacib və həlledici addım olacaq. Biz Türkləri Qarabağ “xülyasından” ayırmaq üçün əsas həmləni edəcəyik. Gəncə Bakı kimi önəmli şəhərlərdə törədəcəyimiz terror aktları bizə yeni hücumlar üçün şans, Ermənistana isə danışıqlarda üstünlük verəcək. Türklər birdəfəlik anlamalıdır ki, vaxtilə qan tökərək aldığımız torpaqlardan asanlıqla əl çəkmək fikrimiz yoxdur. Ona görə də hər şey qüsursuz şəkildə yerinə yetirilməlidir – deyə, öz adamlarına planları haqqında məlumat verirdi “Çar” ləqəbli erməni balası İvan. 
Bir neçə erməni iş adamının sponsor olduğu bu layihədə İvanın şəxsi maraqları da az deyildi. Əgər hər şeyi dəqiq hesabladığı kimi həll edə bilsəydi, təxminən 20 milyon dollar qazanc əldə edəcəkdi. Amma onun heç kəsə demədiyi bir sirli planı da vardı ki, o plana əsasən şəxsən özü Azərbaycana getməli olacaqdı...
- Ən son Səfəvilər zamanında ortaya çıxıb parçalanmış torpaqlarımızı birləşdirmək üçün fəaliyyət göstərdik. Sonralar siyasi, tarixi vəziyyəti dəyərləndirib 20-ci əsrə qədər gün üzünə çıxmadıq. SSRİ adlı zülm imperiyasının yıxılması üçünsə uzun illər çalışıb uğurlu nəticə əldə etdik. Müstəqillik dövründə Azərbaycanın bir çox siyasi məsələlərində, daha çox terrorla mübarizə sistemində fəaliyyətimizi davam etdik – deyə, mavigözlü, ağsaçlı bir kişi Ərtoğrula təşkilat fəaliyyəti haqqında qısa açıqlama verdi. 
- Kapitan Səlimov demişdi ki, sizin təşkilatın kökü min illər öncəyə dayanır – Ərtoğrul bildiklərini dəqiqləşdirmək istədi. 
- Doğrudur. Qədim Manna dövlətindən də əvvələ... – amiranə tərzdə gülümsəyən yaşlı kişi bildirdi... 
Ard-arda bir neçə sərhəd rayonunda qaçaqmalçılıq və s. kimi qanunsuz hallar yaşandı. Azərbaycan dövlət orqanları bütün qeyri-qanuni işlərin qarşısını qısa müddətdə aldılar. Ancaq hesablanmayan məsələ İvanın əsas planı idi. Ona görə də öncədən düşünüldüyü kimi İvan və bir neçə adamı artıq müxtəlif qiyafələrdə paytaxta gələ bilmişdi. Gəncədə də Vyaçevlav Miloşeviçin komandası işə başladı. Bir neçə gün ərzində bütün giriş-çıxışlar, dövlət əhəmiyyətli binaların yeri müəyyən olundu. Növbəti plan isə, o məkanlara xüsusi qaydalarla hazırlanmış və dəhşətli nəticələri ola bilən partlayıcı maddələrin yerləşdirilməsi idi. Bu zaman “Çar”-ın “ordusu” çətin vəziyyətə düşdü. Çünki...
Ərdəbildəki görüşdə ağsaqqal Ərtoğrula “Çar” və onun komandası haqqında məlumat vermişdi. Məsələ burasındaydı ki, İvan Vorsınov pul və mövqe naminə oxşar hadisələri savaş gedən bir çox ölkələrdə, bölgələrdə etmişdi və günlərdin bir günü İraqın Türkman – Azərbaycanlı əhalisinin yaşadığı bölgəsində gizli təşkilatın bir “Dərviş” kod adlı nümayəndəsi onun haqqında məlumat əldə edərək Ərdəbildəki mərkəzə göndərmişdi. Təşkilat da necə deyərlər, ovu ürkütməmək üçün ətrafa səs salmamışdı...
“Çar” sübh tezdən başlayacağı əməliyyat üçün qaldığı otel nömrəsində yuxudan oyananda başı üzərində silahlı bir adam görən kimi dik atıldı. Balıncı altında gizlətdiyi tapançasını götürməyə macal tapmamış Ərtoğrul təpiklə öncə onun üzünə vurdu, sonra sinəsinə çıxıb onu sıxdı.
- Bütün kirli planların buraya qədər idi, “Çar”! – deyə, Ərtoğrulun hökmlü səsi İvanın qulağında cingildədi. 
Ehtiyat üçün bir müddət özünü bilməməzliyə vursa da, bir müddətdən sonra hər şeyin qarşı tərəfdən bilindiyini görən İvan günahını etiraf etdi. Onun əsas adamı Vyaçevlav Miloşeviç və komandası da qısa zamanda hüquq-mühafizə orqanları tərəfindən yaxalandı. Son olaraq İvanla Ərtoğrul arasında belə bir dialoq keçdi:
- Sənin kimi peşəkar bir terrorçunun belə asanlıqla ələ keçəcəyini düşünmürdüm doğrusu – kinayə ilə gülümsədi Ərtoğrul. 
- Heç nə bitməyib. Hər şey hələ indi başlayır – deyə, eqosundan vaz keçməyən İvan əlavə etdi – biz ermənilər tarixən siyasi məqsədlərimi reallaşdırmaq üçün hər dövlətin, hər xalqın içində yaşamış, ilan kimi gizli, xain xislətimizdən vaz keçməmişik. Bizans, Sasanilər, Xilafət, Rus imperiyası, ən son da SSRİ bizim üçün əsas sığınacaq yeri idi. Bütün güclü dövlətlərin tərkibində özümüzə zamanla mövqe qazandıqdan sonra güclənmək üçün hər şey etmişik. 
- Ən çox da qadınlarınız bu işdə sizə kömək ediblər – Ərtoğrul gülümsəyərək, İvana bir atmaca atdı. 
- Düz deyirsən, vaxtilə anam vacib bir tapşırıq üçün bir rus generalı ilə yatmasa idi, indi mən olmazdım – murdar bir gülümsəmə ilə “Çar” etiraf etdi. 
- Belə çıxır fahişəlik sizin millət olaraq xislətinizdir. 
- Bəli. Biz məqsədlərimiz üçün hər kəsi, hər şeyi sata, istənilən halda gücü əldə etmək üçün hər şey edərik. 
İvanın və komandasının həbsi ölkədə rəsmi bir neçə orqandan başqa heç bir yerdə bilinmədi. Amma onun əsas məqsədini, illərdir heç kimə demədiyi planını isə Ərtoğrul artıq bilirdi. Əsas məsə o idi ki, Ərdəbildəki ağsaqqal Bakı və Gəncə şəhərlərinin müəyyən yerlərində bir çox Türk soylu tarixi dövlətlərin, eləcə də Ağqoyunlular və Səfəvilər dövlətindən qalma dövlət atributları və hökmdarlıq simvolu olan möhürlərin saxlandığı gizli məkanların yerini və İvanın xidmət etdiyi erməni kəşfiyyatının, erməni kilsəsinin, erməni iş adamlarının və onların maliyyələşdirdiyi “tarixçilərin” məqsədlərini Ərtoğrula dedi. Yəni, İvanın əsl məqsədi, onları əldə edib İrəvana aparmaq və əvvəllər olduğu kimi yenə saxta “dəlil”-lərlə maskalanmış halda dünya ictimaiyyətinə təqdim edilməsinin təmin etmək idi. Beləliklə, nəinki Qarabağ, bütünlüklə Azərbaycan “qədim erməni” dövlətinin hakimiyyətində olmuş kimi qəbul ediləcəkdi. Bu isə torpaq işğal etməkdən daha dəhşətli bir hal ola bilərdi. Və gələcək nəsillər üçün yeni, daha böyük problem yaranacaqdı.
Ərtoğrul həmin məxfi tarixi məkanları bir-bir gəzib hər şeyi öz gözləriylə gördükdən sonra daha böyük qürurla Xəzərin sahilinə gəlib möhtəşəm paytaxtını bir də seyr etdi. Onun gözəl, nazlı, hətta çılğın şəhər hesab etdiyi Bakının daha gizli üzünü gördüyü üçün çox sevinirdi. Bundan əlavə İçərişəhərdə “köhnə bir evdə” yaşayan təşkilat üzvlərinin varlığı da bu qədim şəhərin mahiyyətini daha da sirli, güclü qılırdı. Gizli Bakı düşmənin iç üzünü, əsl məqsədlərini aşkara çıxarsa da, Bakı sakinlərindən heç kim bu barədə əsla, heç vaxt bilmədi. Necə deyərlər, batində olan aşkar olmamalıdır...
Artıq bir neçə ay sonra cəbhədə döyüşlər başlamışdı. Rəşadətli ordumuz xeyli irəliləmiş, işğal altında olan rayonlarımız bir-bir azad edilirdi. Mənfur “Çar” və onun komandası isə həbsxanada çürüyərək yavaş-yavaş ermənilərin məğlubiyyətilə birlikdə qəhr olurdular...
 
(Ardı var)
 
Elşən İSMAYIL