Fətullah Gülən üçün yolun sonu görünür

Baxış sayı:
2950

Srağagün Amerikanın NBC televiziyasının Amerika rəhbərliyinin, FETÖ başçısı Fətullah Gülənin ekstradisiyasına dair qanuni yolları araşdırdığı iddiasına dair xəbər yayınladı.
 
Amerikanın Federal Təhqiqatlar Bürosu, (FTB), Türkiyənin hər fürsətdə qaytarılmasını gündəmə gətirdiyi Fətullah Gülən və başçısı olduğu FETÖ ilə bağlı istintaq açıb. FTB, bu çərçivədə ilk olaraq təşkilat üzvlərinin Gülənin yaşadığı Pensilvaniyaya keçid nöqtəsi olan Nyu-Yorkdakı “Nağıl Kafe”-yə qarşı əməliyyat keçirib. İstintaqı dərinləşdirən FTB, bu çərçivədə Türkiyədən təşkilatla bağlı məlumat və sənəd tələb edib. Türk ədliyyə məqamları isə ekstradisiya dosyelərindən başqa əlavə FTB-yə ətraflı məlumat və sənəd göndərib. Son olaraq, ötən sentyabr ayında Gülənin yaşadığı kompleksin yaxınlığında silah səslərinin eşidildiyi haqda mediada xəbər verilmişdi. Daha sonra isə FTB-nin, Gülənin yaşadığı kompleksə qarşı əməliyyat keçirəcəyi bəlli olub, ancaq son anda MKİ-nin dövrəyə girdiyi və əməliyyatın qarşısının alındığı iddia edilib.
 
DEPORTASİYA EDİLƏ BİLƏR
 
FTB, istintaq çərçivəsində əldə etdiyi dəlillər əsasında Güləni mühakimə etmək istəyir. Kəşfiyyat qurumu MKİ isə illərdir qoruduğu FETÖ başçısı Fətullah Gülənin mühakimə olunmadan daha çox Amerikada qalmasının mümkün olmayacağının fərqindədir. Türkiyədə dövlət çevrilişi üçün istifadə etdiyi FETÖ başçısının Türkiyəyə ekstradisiya edilməməsi üçün böyük səy göstərən MKİ-nin, Gülənin üçüncü bir ölkəyə göndərilməsinə çalışır.
 
TRAMP, TÜRKİYƏYƏ EKSTRADİSİYASINI İSTƏYİR
 
MKİ-nin əksinə, Ağ Evin Fetullah Gülənin ekstradisiyasından yana olduğu danışılır. NBC-nin xəbərində də buna dair Trampın Ədliyyə Nazirliyi, Federal İstintaq Bürosu (FTB) və Daxili Təhlükəsizlik Nazirliyinə "Gülənin qanuni olaraq qaytarılması" məsələsinin araşdırılması üçün göstəriş verdiyi bildirilirib. Xəbərdə, bəzi rəsmilərin Ağ Evin tələblərinə müqavimət göstərdikləri iddiası da yer alıb.
Müxalifət.az