​"Ford"un vitse-prezidenti Pxenyana göndərildi - Qərar

Baxış sayı:
2044

ABŞ Dövlət katibi Mayk Pompeo Stiv Biqeni Şimali Koreyaya xüsusi nümayəndə təyin edib.
Muxalifet.az xəbər verir ki, dövlət katibi bu barədə departamentdə jurnalistlərə açıqlamasında deyib.
“Stiv partnyorlar və müttəfiqlərlə danışıqlara və bir sıra diplomatik səylərin göstərilməsinə başçılıq edəcək”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, S.Biqen bundan öncə "Ford" avtokonsernin vitse-prezidenti idi.