“Fənərbaxça” Ramil Quliyevi qarşılayır – Böyük izdiham

Türkiyənin “Fənərbaxça” klubu atletika üzrə dünya çempionu Ramil Quliyevi böyük izdihamla qarşılamaq üçün fanatlarını havalımanına toplayır.
 
Bu barədə məlumat “Fənərbaxça” azarkeşlərinin Tvitter səhifəsində paylaşılıb.
“Ramil Quliyevi qarşılamaq üçün bütün fanatlarımızı Türkiyə və “Fənərbaxça” bayraqları ilə Ankaranın Esenboğa havalımanında gözləyirik”, - qeyd edilib.
Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər./axar.az