​Firəngiz Mütəllimova da səhnədən getdi?

Baxış sayı:
7693

Bu gün xalq artisti Firəngiz Mütəllimovanın Akademik Milli Dram Teatrından getməsi ilə bağlı xəbərlər yayılıb.
Hətta sevilən aktrisanın bundan sonra heç bir verilişə çıxmayacağı, səhnədən getdiyinə dair müxtəlif şayiələr gündəmə çevrilib.
Məsələylə bağlı Open.az-a danışan Mütəllimova bütün söz-söhbətlərə son qoyub: "Məni sevənlər olduğu kimi, sevməyənlər də var. Bax belə xəbərləri onlar yayır. Mən teatrdan ayrılmamışam və işimə davam edirəm. Verilişlərlə bağlı onu demək istəyirəm ki, artıq hər proqrama getməyəcəm. Mövzusu, qonaqları mənə uyğun olan verilişlərə gedəcəm".