FİFA türk klubunun 21 xalını sildi - Tarixi cəza

Baxış sayı:
15226

Üç sezon əvvəl “Super Liqa”da çıxış edən, bu günlərdə qeyri-peşəkar liqada çıxış edərək varlığını qoruyan “Gaziantepspor”a daha bir zərbə FİFA-dan gəlib. 

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, FİFA klubun 21 xalını silib.

Buna səbəb kimi keçmiş oyunçulara olan borcun ödənilməməsi göstərilib.