FETÖ-nun “Azərbaycan kassası” MİT tərəfindən “paketləndi”

Baxış sayı:
3958

Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycandakı kassası olduğu iddia edilən və MİT əməliyyatı ilə Türkiyəyə gətirilən İsa Ö. sorğusunda hər şeyi etiraf edəcəyini bildirərək, "Təşkilatın tərəfdarı və üzvü deyiləm. Əksinə, təşkilatdan nifrət edirəm" deyib.
 
Prokurorluq mənbələri, İsa Ö.-nun etirafçı kimi qəbul edilib, edilməyəcəyinə daha sonra qərar veriləcəyini bildirib. Azərbaycandan gətirilən İsa Ö, MİT və polisdəki sorğusundan sonra "silahlı terror təşkilatı”na üzv olmaq cinayətindən həbs olunub. Ankara Prokurorluğundakı verdiyi ifadədə İsa Ö. bunları deyib:
 
BAKI KİÇİK BİR YERDİR
 
"Bakı, kiçik bir yer olduğu üçün hər kəs bir-birini tanıyır. Xüsusilə Türklər bir-birilərini tanıyırlar. A.S. adlı şəxs FETÖ terror təşkilatının içində olan bir şəxsdir. O, təşkilatın söhbətlərini təşkil edən abİ mövqeyindəki nəfərdir. Ticarətlə məşğul olur. E.T. adlı şəxsi çox yaxşı tanımıram. Ticarətlə məşğuldur. Daha əvvəl Azərbaycanda Quba şəhərində yerləşən FETÖ-ya aid kollecdə çalışdığını bilirəm. F.Y. adlı şəxs FETÖ içində yer alan bir şəxsdir. O da söhbətlərə qoşulan idi. Ticarətlə məşğul olur. M.Ç. adlı şəxs FETÖ içində yer alan, FETÖ tərəfdarı olan bir şəxsdir. S.K, FETÖ içərisində yar alan, təşkilatı kömək və yardım edən biridir. İş adamıdır. Təşkilata qurban, ianə kimi kömək edir. F.S.B. FETÖ içində yer alan, təşkilata yardım və dəstək olan biridir. Pərdə işi ilə məşğul olur. Təşkilata qurban, ianə kimi yardım göstərir.
 
NİFRƏT EDİRƏM
 
“Mənə soruşulan 3 iyul 2017-22 iyun 2017 tarixləri arasında 8 ədəd Amerika dolları üzərindən pul göndərmə əməliyyatı, ticarət məqsədilə aparılan əməliyyatlardır. Amerikada olan Y. firmasından isitmə, ventilyasiya sistemi ilə bağlı material alqı-satqısı ilə bağlıdır. Bu pulları mən göndərmişəm, əvəzində material gəlib. Qətiyyən təşkilatla heç bir əlaqəsi yoxdur. “Peşmabnçılıq” qanunundan istifadə etmək istəyirəm. FETÖ tərəfdarı və üzvü deyiləm. Əksinə, sözügedən təşkilata nifrət edirəm".
Müxalifət.az