FETÖ-çudan şok etiraf: “İSRAİL BİZİ SATDI”

Baxış sayı:
2758

FETÖ-nun dövlət çevrilişi cəhdində komandanlıq mərkəzi kimi istifadə etdiyi Akıncı bazasındakı hərəkətlərə dair məhkəmədə şahid ifadələri diqqət çəkib.
 
Ankara 4-ci Ağır Cəza Məhkəməsi Sincan Cəza İcra Qurumları Şəhərciyindəki zalda keçirilən məhkəmə iclasında, müttəhimlər, yaxınları və tərəflərin vəkilləri iştirak edib.
İclasda, 15 iyulda Hava Qüvvələri Qərargahının vəkalətən sədrlik edən və dövlət çevrilişi cəhdinin ən mühüm ünsürlərindən olan Hava Qüvvələri Hərəkat Mərkəzinin zərərsizləşdirilməsi üçün səy sərf edən təqaüddə olan general mayor Cavad Yazqılı dinlənilib.
 
AKIN ÖZTÜRK: “İSRAİL BİZİ SATDI”
 
İlk gün özünün də nəzarətə alındığını və Akın Öztürkün yanında oturduğunu bildirən Yazqılı, “Orada Akın Öztürk, “ordu generalı niyə müvəffəq olmadı” deyə öz özünə danışırdı. Onun o zaman “İsrail bizi satdı” dediyini eşitdim" deyib.

Müxalifət.az