“Facebook”a rəqib sosial şəbəkə yaradıldı
19-11-2019 13:16
Baxış sayı:
12442
“Vikipediya”nın yaradıcısı Cimmi Vels (Jimmy Wales) Feysbuka rəqib olacaq sosial şəbəkə platforması yaradıb.
“İstifadəçilər məlumatlarını satmayacağıq” sloqanı ilə qurulan şəbəkənin adı “Wt:social” olacaq.
Məlumata görə, platformaya üzv olmaq istəyənlər aylıq və ya illik üzvlük haqqı ödəyəcək. Şəbəkə istifadəçilərindən Avropada aylıq 12 avro, illik 90 avro, ABŞ-da isə aylıq 13 avro, illik 100 avro üzvlük haqqı tələb olunacaq.
Xatırladaq ki, sosial şəbəkənin qurucusu Cimmi Vels hazırda platformanın 160 mindən çox üzvü olduğunu deyib. //Report