​Ev tikmək istəyən qonşusunu güllələyib öldürdü – GƏNCƏDƏ

Baxış sayı:
344

Oktyabrın 11-də Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Belə ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hüseynov Akif İsrəfil oğlunun həmyerlisi, 1990-cı il təvəllüdlü Kərimov Zeynalabdı Bəndər oğlunutüfənglə atəş açaraq öldürməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Məlumata görə, Z.Kərimov Gəncənin Depo adlanan ərzisində yeni torpaq sahəsi alıbmış və burada tikinti işləri apararkən qonşuluqda yaşayan A.Hüseynovla müahisə baş verib. Torpaq sahəsinin ölçüsü ilə bağlı yaranmış mübahisə münaqişəyə çevrilib və onlar dalaşıblar. Gənc oğlanın onu vurmasına dözməyən 67 yaşlı kişi evə gedərək tüfəng götürüb və geri qayıdaraq Zeynalabdını güllələyib. 29 yaşlı Z.Kərimov hadisə yerində vəfat edib./publika