Ermənistanda dələduz Sorosa abidə qoyuldu -"Bu, Paşinyan hakimiyyətinin rəmzidir" - FOTO / VİDEO

Baxış sayı:
11802

İşğalçı ölkənin “VETO” ictimai-siyasi hərəkatının nümayəndələri bu gün Açıq Cəmiyyət Fondunun (Soros Fondu) İrəvanın mərkəzindəki ofisinin girişində artıq bütün dünyada dələduzluğuyla məşhur olan fond rəhbəri Corc Sorosa qurduqları abidənin təntənəli şəraitdə açılışını ediblər. 
Muxalifet.az
Moderator.az-a istinadən xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, "VETO" hərəkatının rəhbəri Narek Malyan bildirib ki, Corc Soros Ermənistan hakimiyyətinə öz gündəmini, parlamentdəki deputatlarını, hökumətdəki nazirlərini və Ermənistan Respublikasını boğan agent şəbəkəsini sırıyır. 
"Corc Soros üçün abidə ucaltmaq qərarına gəldik. Bu abidə əslində Ermənistanın hazırkı Paşinyan hakimiyyətinin rəmzidir”-deyə N. Malyan vurğulayıb.