​Ermənistan naziri operativ reallığı qarışıq salır - XİN

Baxış sayı:
4216

Ermənistan müdafiə nazirinin illüstrativ şərhləri ənənəvi erməni toy məclisindəki tamada nağıllarına bənzəyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter hesabında bildirib.
"İngilis atalar sözündə deyildiyi kimi, "boş gəmidən daha möhkəm səs çıxar". Ermənistan müdafiə naziri öyrəşdiyi stolüstü qərargah təlimləri ilə operativ reallığı qarışıq salır", - Hacıyev qeyd edib.