"Ermənistan" Aleksey Navalnını məhkəməyə VERDİ

Baxış sayı:
8920

Moskvanın Tverskaya küçəsində fəaliyyət göstərən "Ermənistan" ("Армения") adlı mağaza və restoranın sahibi Rusiya müxalifətinin lideri Aleksey Navalnı və daha 5 nəfər müxalifət nümayəndəsini məhkəməyə verib. İddia ərizəsi qəbul edilib və ilk məhkəmə oktyabr ayının 2-də olacaq.
"Ermənistan" restoranının sahibi iddia edir ki, müxalifətin 27 iyul tarixində keçirdiyi mitinq zamanı obyektinə maddi ziyan vurulub və dəymiş ziyana görə müxalifət təmsilçilərindən 551 min 847 rubl və 5 qəpik (kopeyk) istəyir.
Tverskaya küçəsində onlarla obyekt var. Amma belə görünür ki, "Ermənistan" restoranından başqa heç kim Putinin əlində alətə çevrilmək istəməyib. Təzminat məbləğinin arxasına qoşulan "5 qəpik" də Putinin imzasıdır. Yəqin ki, öz aləmində müxalifətlə "məzələnmək" istəyir.
Bu məlumatı dünən TASS bir-iki cümlə ilə açıqlayıb. Üstündən bir sutkaya yaxın vaxt keçib, amma başda Marqarita Simonyanın rəhbərlik etdiyi "Sputnik" agentliyi olmaqla Rusiyanın aparıcı mətbuat orqanları bu xəbəri görməzdən gəlirlər. Bu da onu göstərir ki, erməni diasporu Rusiya mətbuatını nəzarət altında saxlaya bilir.