Ermənilərin Şuşa yaxınlığında mülki helikopteri vurmasından 28 il ötür

Baxış sayı:
1630

Şuşa şəhəri yaxınlığında vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür.

1992-ci il yanvarın 28-də Ağdamdan uçan Mi-8 tipli mülki vertolyot Şuşa rayonunun Xəlfəli kəndi üzərində vurulub.

Erməni silahlı birləşmələrinin Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin və 3 ekipaj üzvü olub.

Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak olub.

Həmin kütləvi qətliamdan 28 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.