Erməni könüllüləri döyüşməkdən imtina etdi
2-10-2020 09:35
Baxış sayı:
2050

Qarabağda Azərbaycana qarşı əməliyyatlarda iştirak etmək üçün cəbhə bölgəsinə gətirilən erməni könüllülər döyüşməkdən imtina ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.
“Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır” – deyə açıqlamada bildirilir.