Dünyanın gözlədiyi matç türkə tapşırıldı
1-04-2018 19:23
Baxış sayı:
2038
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Yuventus” – “Real Madrid” oyununun hakimləri bəlli olub.
Muxalifet.az xəbər verir ki, bütün dünyanın böyük maraqla gözlədiyi matçı türkiyəli referi Cüneyd Çakır idarə edəcək.
Onun köməkçiləri isə Bahattin Duran və Tariq Ongün olacaq.
Qeyd edək ki, sözügedən matç aprelin 3-ü, saat 22:45-də başlayacaq.