Dunay çayı üzərində körpünün inşa edilməsinə 363 milyon avro ayrıldı

Baxış sayı:
18812

Avropanın regional inkişaf fondu Rumıniyanın cənub-şərqində Braila şəhərində Dunay çayının üzərində körpünün inşası üçün 363,3 milyon avro ayırıb. Muxalifet.az azərtac-a istinadən bildirir ki, layihənin əsas məqsədi regionda həyat keyfiyyətini yaxşılaşdırmaq, Moldova və Ukrayna ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Yeni körpü TransAvropa nəqliyyat şəbəkəsinin bir hissəsi olaraq, Rumıniyanın şimalı ilə Dunay deltasını və ölkənin cənubunda Konstanta limanları arasında əlaqəni yaxşılaşdıracaq. Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir.