Döydülər, soydular, sonra da Türkiyəyə göndərdilər

Baxış sayı:
5467

Yəmən və Fələstinli bir qrup köçkün, qeyri-qanuni yollardan keçdikləri Yunanıstanda polis tərəfindən yaxalanıb. Qaçqınlar, iddiaya görə, Yunan polisi tərəfindən döyülüb. Yunan polisi sonra miqrantların üzərindəki paltarları çıxarıb, əşyalarını da aldıqdan sonra Merih çayı üzərindən Türkiyəyə göndərib.
 
KƏNDLİLƏR ÇILPAQ HALDA TAPDILAR
 
Dünən axşam, Edirnənin Uzunkörpü rayonuna bağlı Kiremitçi Saleh kəndində, kəndlilər ərazidə gəzərkən köçkünləri çılpaq halda görüblər. Kəndlilər, bədənlərində işgəncə izləri olan miqrantları, kənd kafesinə aparıb, soba başında qızınmasını təmin edib. Kəndlilər evlərindən yemək və paltar də gətirib miqrantlara verib. Kafedə soba başında isinən qaçqınlar, kəndlilərin gətirdiyi paltarları geyinəndən sonra jandarmaya təhvil verilib.
Müxalifət.az