Dövlət qurumu 15,3 milyon dəyərində 3 tenderə yekun vurdu – QALİBLƏR, MƏBLƏĞLƏR
7-02-2024 15:11
Baxış sayı:
4846

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir və kommunal-kommunikasiya işlərinin satınalınması ilə bağlı 3 tenderin nəticələrini açıqlayıb.
Muxalifet.az fed.az-a istinadən xəbər verir ki, qalib şirkətlərlə ümumilikdə 15 330 386 manat dəyərində müqavilələr imzalanıb.
Satınalma predmeti, qalib şirkətlər və məbləğlər aşağıdaki kimidir:
Satınalma predmeti | Qalibin adı | Məbləğ |
Respublika ərazisində bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması | “Art-Proje” MMC | 3 696 212 |
Respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir işlərinin satınalınması | "Bakımexanizasiyanəqliyyat" ASC | 3 838 629 |
Respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması | “S.H. İnşaat Xidməti” MMC | 7 795 545 |