​Donald Tramp: "Səbr dövrü başa çatdı"

ABŞ prezidenti Donald Tramp Yaponiya səfəri çərçivəsində baş nazir Şinzo Abe ilə birlikdə mətbuat konfransı verib.
Muxalifet.az xəbər verir ki, Tramp Şimali Koreya mövzusunda "strateji səbr dövrü başa çatdı"-deyib.
Tramp Şimali Koreyaya qarşı seçim variantlarının masada olduğu mövzusunda da Yaponiyanın dəstəyini alıb.
ABŞ lideri bildirib ki, Pxenyanın nüvə proqramı beynəlxalq sülh və sabitliyə, mədəni dünyaya bir təhdiddir.
Tramp Şimali Koreyada yaşayan adi insanlar mövzüsünda isə "onlar mükəmməl insanlardır. Çox ciddi bir rejim altında yaşayırlar. Ümid edirəm nəsə faydası olar"-deyib.