Dindarlarla polis arasında qarşıdurma yarandı - İSRAİLDƏ

Qüdsdə anti-hərbi nümayişlərin şiddətlənməsindən sonra yüzlərlə ultra-Ortodoks yəhudi ilə İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.

Nümayişçilərin yolları bağlaması və polislərin etirazçıları su şırnaqları vasitəsilə dağıtmaq səylərinə müqavimət göstərməsindən sonra aksiya şiddətlənib. Polisin verdiyi məlumata görə, 8 nəfər həbs edilib. Etirazlara səbəb icma üzvünün hərbi qüvələrdə xidmət etməkdən imtina etdiyi üçün həbs olunması olub. İsrailin Ali Məhkəməsi 2015-ci il tarixli qanuna əsasən ultra-Ortodoks kişilərin hərbi xidmətdən azad olunmasına icazə verdiyi üçün bu məsələ diqqət mərkəzindədir. İsraildə 18 yaşına çatmış kişi və qadınlar hərbi qüvvələrdə xidmətdə etməlidir. Lakin ultra-Ortodoks icmasının nümayəndələri bundan istisna edilir. Çünki onların bildirdiyinə görə, yəhudi seminariyalarında təhsil alan gənclər təhsil və dua etmək vasitəsilə millətə xidmət edirlər.