DİN və DTX Goranboyda birgə əməliyyat keçirdi

Baxış sayı:
11482

Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.

Bu barədə DİN-dən məlumat verilib.
Əməliyyat nəticəsində Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) "F-1" qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.